Türkiyə ötən ay Azərbaycana 6.8 milyon dollarlıq müdafiə sənayesi məhsulu ixrac edib

2-11-2021, 15:46

Türkiyə ötən ay Azərbaycana 6.8 milyon dollarlıq müdafiə sənayesi məhsulu ixrac edib

2021-ci ilin oktyabr ayı ərzində Türkiyənin müdafiə və aerokosmik sənaye sektorunun həyata keçirdiyi ümumi ixrac 301 milyon 649 min ABŞ dolları təşkil edib.

Ordum.az xəbər verir ki, bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını toplayan Türkiyə İxracatçılar Məclisinin yaydığı məlumatda qeyd olunub.

Ötən ay 2 milyard dolları geridə qoyan müdafiə və aerokosmik sənaye sektorunun ixracatı 2021-ci ildə 3 milyard dollara doğru irəliləməkdə davam edir. Keçən ay 252 milyon 475 min ABŞ dolları olan sektorun ixracatı aprel ayında 302 milyon 549 min ABŞ dolları ilə rekord qırıb.

2020-ci il yanvarın 1-dən oktyabrın 31-dək sektorun ümumi ixracı 1 milyard 808 milyon ABŞ dolları təşkil edib. 1 yanvar 2021-ci il - 31 oktyabr 2021-ci il tarixləri arasında sektorun ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,3% artaraq 2 milyard 410 milyon ABŞ dollarına çatıb.

Məclisin məlumatına görə, Türkiyə ötən ay Azərbaycana 6.8 milyon dollarlıq müdafiə və aerokosmik sənaye məhsul və xidməti ixrac edib.

2021-ci ilin avqust ayında sektor üzrə ən çox ixracat həyata keçirən ilk 6 ölkə aşağıdakılardır:

ABŞ: 112,6 milyon dollar
Qətər: 56,5 milyon
Çad: 13,5 milyon dollar
Almaniya: 12,4 milyon dollar
Hindistan: 12,3 milyon dollar
Ruanda: 12,1 milyon dollar




Facebook'da Paylaş