Daha bir Afrika ölkəsi Türkiyədən zərbə PUA-ları almaq istəyir

19-10-2021, 16:14

Daha bir Afrika ölkəsi Türkiyədən zərbə PUA-ları almaq istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Afrika regionunda yerləşən Anqolaya səfəri zamanı bu ölkənin Prezidenti Joao Manuel Gonçalves Lourenço ilə görüşüb.

Ordum.az xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan terrorla mübarizədə Anqolanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Ərdoğan Anqolanın Türkiyədən zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) və zirehli maşınlar almaq istədiyini bildirib.

Türkiyənin Anqola ilə müdafiə sənayesi əməkdaşlığında problem olmadığını qeyd edən Ərdoğan ölkəsinin Anqolaya hər cür dəstək verməyə hazır olduğunu ifadə edib.

Türkiyənin təxminən 1 milyard 300 milyon əhalisi olan Afrika qitəsinin 43 ölkəsində səfirlikləri var (2009-cu ildə cəmi 12 idi). 2020-ci ildən etibarən Türkiyənin Afrika ilə ticarət həcmi 25 milyard dolları keçib, Afrikaya yatırımı isə 7 milyard dollara yüksəlib




Facebook'da Paylaş