Türkiyə ABŞ-dan F-35 proqramından çıxarıldığı üçün təzminat istəyir

1-10-2021, 12:30

Türkiyə ABŞ-dan F-35 proqramından çıxarıldığı üçün təzminat istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın sonu keçiriləcək G-20 toplantısı çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşməyi planlaşdırılır.

Ordum.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra jurnalistlərlə söhbəti zamanı Baydendən Türkiyənin F-35 proqramından çıxarıldığı üçün təzminat tələb etmək niyyətində olduğunu bildirib.

Ərdoğan Türkiyənin S-400 sistemləri alması üçün Rusiya ilə razılaşmadan geri çəkilmənin olmayacağını da bildirib. Bu müqavilə NATO üzvü olan Türkiyənin F-35 qırıcı təyyarələri istehsal edən beynəlxalq proqramdan çıxarılmasına səbəb olub.

Ərdoğan F-35 layihəsini müzakirə etmək üçün G-20 toplantısında Baydenlə görüşmək niyyətində olduğunu bildirib. Ərdoğan Türkiyə və ABŞ liderləri arasında başqa görüşün noyabr ayında İsveçrənin Qlazqo şəhərində keçiriləcək iqlim konfransı çərçivəsində də keçirilə biləcəyini açıqlayıb.

“1.4 milyard dolla




Facebook'da Paylaş