Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!

23-09-2021, 22:26

Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!

ABŞ Prezidenti Co Baydenlə əlaqələrimiz elə də yaxşı başlamadı.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim. Amma Co Baydenlə yaxşı başladığımızı söyləyə bilmərəm. Bayden Suriyada terrorçulara silah-sursat göndərməyə başladı. Buna laqeyd qala bilmərik”, - Ərdoğan bildirib.
Dövlət başçısı ABŞ-ın Əfqanıstanı tərk edərkən qoyduğu silahların Talibanın əlinə keçdiyini bildirib və Vaşinqtonun buna görə bədəl ödəyəcəyini qeyd edib.




Facebook'da Paylaş