Zelenski Türkiyə Prezidenti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib

22-09-2021, 10:56

[center]Zelenski Türkiyə Prezidenti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib[/center
Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb].

Ordum.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə V. Zelenski özünün "Twitter" hesabında bildirib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüş zamanı tərəflər Ukrayna və Türkiyə arasında əməkdaşlığın bütün sahələrinə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirə aparıblar.

“Bizim əlaqələrimiz daha da möhkəmlənir və praktiki layihələrlə dolur”, - deyə Ukrayna dövlət başçısı qeyd edib




Facebook'da Paylaş