Ərdoğandan Zelenskiyə: Mübarizə aparacağıq!

9-01-2021, 20:45

Ərdoğandan Zelenskiyə: Mübarizə aparacağıq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskinin mesajına cavab verib.
Türkiyə prezidenti bu barədə Tvitter hesabında yazıb.
“Dəyərli dostum Zelenski, ukraynalı dənizçilərin evlərinə sağ-salamat qayıtmasına sevindik. Birlikdə bütün dostlarımız, dünyanın hər yerində yaşayan qardaşlarımız üçün mübarizə aparacağıq”, - Ərdoğan bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Zelenski Liviyada tutulan Ukrayna dənizçilərinin evakuasiyasına görə Ərdoğana təşəkkür etmişdi.




Facebook'da Paylaş