Ərdoğandan açıqlama

22-08-2021, 15:34

Ərdoğandan açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin Əfqanıstandakı hərbi varlığını gücləndirib işini asanlaşdıracağını söyləyib.
Bunu ölkənin bir sıra özəl telekanallarının canlı verilişində gündəmlə bağlı mövzulardan danışan Ərdoğan deyib:
“Taliban idarəçilərini qəbul edə biləcəyimizi daha əvvəl də söyləmişdik. Bu gün də fikrimizi müdafiə edirik. Talibanın ölçülü və mülayim şərhlərini biz də məmnuniyyətlə qarşılayırıq. Əfqanıstan xalqının əmin-amanlığı, bu ölkədə yaşayan türk soydaşlarımızın salamatlığı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq. Əfqanıstandakı Türkiyə əsgərləri heç bir zaman muharibə gücü olaraq xidmət göstərmədi. Əsgərlərimizi orada əsla xarici bir güc olaraq görmədik, istifadə etmədik. Türkiyənin Əfqanıstandakı hərbi varlığı yeni rəhbərliyin də beynəlxalq sahədə əlini gücləndirəcək və işini asanlaşdıracaq. Hamid Karzai Havalimanının təhlükəsizliyi yeni reallıqlara görə planlarımızda dəyişiklik tələb edir, buna görə görüşlərimizi davam etdiririk. Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis günündə Əfqanıstanın yanında olmaq həm əhdə vəfa, həm də qardaşlığımıza görə lazımdı", - deyə Ərdoğan bildirib. Xatırladaq ki, Əfqanistanda avqustun 15-ində (2021) paytaxt Kabil və ətrafını mühasirəyə alan Taliban dövlət başçısı Əşrəf Qaninin ölkəni tərk etməsi və hökumət güclərinin də ayrılmasıyla şəhəri tamamilə nəzarətinə alıb.




Facebook'da Paylaş