Əfqanıstandakı hərbçilərimizin yeni görüntüləri yayılıb

22-08-2021, 13:39

Əfqanıstandakı hərbçilərimizin yeni görüntüləri yayılıb


Türkiyənin “Anadolu” agentliyi Əfqanıstanın paytaxtı Kabildə xidmət edən azərbaycanlı sülhməramlıların yeni görüntülərini yayıb. Görüntülərdə paytaxtda yerləşən Həmid Qərzai Beynəlxalq Hava Limanı və ətrafında Azərbaycanla Türkiyə hərbçilərinin çiyin-çiyinə xidmət göstərdikləri əks olunub.
Azərbaycanlı hərbçi Anar Babayev Əfqanıstanda vəzifələrinin başında olduqlarını söyləyib:
"İndi Türk qardaşlarımızla birlikdə çalışırıq. Onlara kömək edirik".
Hərbçimiz Səxavət Kazımov isə "Türk əsgərlərlə eyni bölgədə vəzifə başındayıq. Ailəmə, bütün əsgərlərin ailələrinə salam deyirəm. Hər şey çox yaxşıdır. İnşallah, sağ-salamat ölkəmizə geri dönəcəyik”, - deyə bildirib.
“Hər saniyə türk əsgərlərlə birlikdə işləyirik. Bundan qürur duyuruq. Biz qardaşıq”, - deyə digər azərbaycanlı sülhməramlı Qismət Musayev əlavə edib.




Facebook'da Paylaş