Bənzər yazılar
Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.
Bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.
Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib.
Xatırladaq ki, 1 ay əvvəl cəbhədə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlmişdi.