30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza qədirbilən soydaşımız Vəfadar Həsənov 30 tonluq tibbi yardım göndərib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan 30 illik işğala son qoymaq üçün Vətən Müharibəsinə başlayıb. Bütün ölkə müsəlləh əsgər kimi silahlı qüvvələrimizin və onun ali rəhbərinin ətrafında yumruq kimi birləşib.
Təkcə ölkə xaricində deyil, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, qardaşlarımız da bu vətən savaşına öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər.
Türkiyədə yaşayan azərbaycanlı iş adamı,"Helba" İlaç çirkətinin sahibi olan Vəfadar Həsənov Silahlı Qüvvələrə Yardım Fonduna 30 ton tibbi yardım göndərib. Həmin tibbi yardımlar minlərlə hərbçimizin, düşmən atəşi nəticəsində yaralanan xeyli sayda mülki insanlarımızın dərdinə dərman olacaq, onlaqrı yenidən həyata qaytaracaq.