İlham Əliyev və Mehriban Əliyeva Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

3-10-2020, 11:44

İlham Əliyev və Mehriban Əliyeva Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi
Ordum.az APA-ya istinadlabildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə formalaşıb.
Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər.




Facebook'da Paylaş