Azərbaycan Prezidentinin oğlu həqiqi hərbi xidməti başa vurdu

1-07-2019, 15:25

Heydər Əliyev tərxis olundu
İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılıb. 
Ordum.az  xəbər verir ki, ehtiyata buraxılma mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsindən tərxis olunan əsgərlər sırasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyev də var.
1997-ci il təvəllüdlü Heydər Əliyev ADA Universitetinin bakalavriat pilləsini bitirəndən sonra – 2018-ci ilin yayında Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı “N” saylı hərbi hissəsində hərbi xidmətə başlamışdı. 
O da bütün ali təhsillilər kimi 1 il hərbi xidmət keçib.








Facebook'da Paylaş