Pentaqonda yüksək vəzifəli azərbaycanlı

6-12-2019, 15:28


Azərbaycanlı Pentaqonda yüksək vəzifəyə təyin olunub.
Ordum.az-ın xəbərinə görə, bununla bağlı məlumatı Elnur Eltürk sosial şəbəkədə yayıb.
O bildirib ki, ABŞ-da yaşayan həmyerlimiz, əslən Nehrəm kəndindən olan Nəimi Amiral ABŞ ordusunda yüksək vəzifəyə təyinat alıb.
Onun namizədliyi ABŞ Senatı tərəfindən 22 noyabr 2019-cu il tarixində təsdiq olunub.
Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.




Facebook'da Paylaş