Belarus Azərbaycana yeni hərbi attaşe təyin edib

29-10-2019, 17:11


Belarus Azərbaycana yeni hərbi attaşe təyin edib.
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə, Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Onun fəaliyyətinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.




Facebook'da Paylaş