Azərbaycanlı deputatlardan İrana etiraz

2-01-2021, 10:15

Azərbaycanlı deputatlardan İrana etiraz

Güney Azərbaycandan olan 29 deputat İran konstitusiyasının 15-ci maddəsinin icrası və Azərbaycan-türk dilinin məktəblərdə tədris olunması ilə bağlı parlament sədrinə layihə təqdim edib.
Teleqraf.com xəbər verir ki, layihədə Azərbaycan dilinin İrandakı təhsil müəssisələrində tədrisinə icazənin verilməsi tələb olunub.
Sözügedən qanun layihəsində ana dilində təhsil hüququnun ölkə konstitusiyasının 15-ci maddəsində də təsdiq olunduğu spikerə xatırladılıb.
Deputatlar bildiriblər ki, İranın rəsmi dairələri bu günədək müxtəlif bəhanələrlə 15-ci maddənin icrası və qeyri-fars dillərin tədris olunmasının qarşısını alıblar: “İranda 40 milyon türk yaşayır, amma onlar türk dilində təhsil almaq haqqından məhrumdur”.
İndiyədək bir çox müraciətlər və layihələrin irəli sürülməsinə baxmayaraq, bu istiqamətdə heç bir əməli addım atılmayıb. İranda prezident, parlament və Şəhər Şurası seçkiləri ərəfəsində türk dilinin tədrisi ilə bağlı fəaliyyətlər və çağırışlar artsa da, seçkilərdən sonra məsələni həll edən tapılmır.




Facebook'da Paylaş