Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş tərkibli heyətlə Rusiyaya gedib

29-09-2021, 13:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş tərkibli heyətlə Rusiyaya gedib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş tərkibli heyətlə Ankaranın Esenboğa Hava Limanından Rusiyaya səfərə yola düşüb.
Butov.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Soçi şəhərində Rusiya Prezidenti ilə görüşəcək.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri son bir həftədə ən çox müzakirə olunan siyasi mövzulardan birinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bir sıra prinsipial məsələlər, eləcə də Cənubi Qafqazla bağlı mühüm qərarlar qəbul edəcəklər.




Facebook'da Paylaş