Ərdoğan: “ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir

24-09-2021, 15:23

Ərdoğan: “ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir

“İndiyədək amerikalı liderlərin heç biri ilə aramızda bir narazılıq yaşanmayıb.Təəssüf ki, Amerika terror təşkilatlarına gözləniləndən də çox dəstək verir”.

Ordum.az-ın yeri bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Ərdoğan bildirib ki, iki NATO ölkəsi olaraq ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir: “Amerika ilə münasibətlərimiz iki NATO ölkəsi olaraq bu şəkildə olmamalıdır. Amerikanın terror təşkilatları ilə mübarəzə aparması lazım olduğu halda onlara çox miqdarda silah-sursat dəstəyi verir. Belə bir mövqe olduğu müddətcə bizim də bir NATO ölkəsi olaraq bunu bütün dünya ictimaiyyətilə paylaşmamız lazımdır”.




Facebook'da Paylaş