“Azərkosmos”un ixrac gəlirləri avqustda azalıb

30-09-2021, 11:47

“Azərkosmos”un ixrac gəlirləri avqustda azalıb

Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC 31 ölkəyə 30,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Ordum.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 ölkə və 0,4 milyon dollar çoxdur.

“Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 91%-ni təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 faiz bəndi çoxdur.

2021-ci ilinm avqust ayında isə “Azərkosmos” 22 ölkəyə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib ki, bu da illik müqayisədə 3 ölkə və 0,1 milyon dollar azdır.




Facebook'da Paylaş