Vətən müharibəsinə görə Türkiyəyə embarqo tətbiq edən Kanada şirkəti müflis olub

28-10-2021, 09:58

Vətən müharibəsinə görə Türkiyəyə embarqo tətbiq edən Kanada şirkəti müflis olub

Vətən müharibəsində Azərbaycanın Ermənistan ordusuna qarşı “Bayraktar TB2" Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməsi ilə əlaqədar Kanadanın Türkiyəyə embarqo tətbiq etməsindən sonra “L3 Wescam” və “Telemus Systems” kimi şirkətlər milyonlarla dollar zərərə uğrayıb.

Ordum.az xəbər verir ki, embarqodan sonra “Telemus Systems” şirkəti müflis olub.

Şirkətin yeganə müştərisi Türkiyə Aerokosmik Sənaye şirkəti (TUSAŞ) idi və “Anka” PUA-larında istifadə edilən kəşfiyyat sistemləri istehsal edirdi. Şirkət 2021-ci ilin ilk 7 ayında heç bir gəlir əldə etməyib.

“Telemus Systems”in iflas hesabatındakı yer alan açıqlamalara görə, Kanada Xarici İşlər Nazirliyi 2020-ci ildə Kanada hökuməti adından Türkiyəyə hərbi məhsul və texnologiyaların ixracı üçün ixrac icazələrini dayandırıb. Bu, yeganə müştərisi TUŞAŞ olan şirkətin iflasına gətirib çıxarıb.

2020-ci ildə “Telemus Sistemleri Inc.” şirkəti 360 min dollar, bu il iyulun 31-də istehsalı dayandırmazdan əvvəl isə 2021-ci ildə 1,1 milyon dollar zərərə uğradığını açıqlayıb. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb.




Facebook'da Paylaş