Türkiyə donanması üçün inşa edilən döyüş dəstəyi gəmisi suya endiriləcək

25-10-2021, 20:38

Türkiyə donanması üçün inşa edilən döyüş dəstəyi gəmisi suya endiriləcək

Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun olaraq “Dənizdə Döyüş Dəstəyi Gəmi Layihəsi” (DIMDEG) çərçivəsində inşa edilən gəmi suya salınacaq.

Ordum.az xəbər verir ki, 5 il ərzində istifadəyə veriləcək 5 böyük layihə ilə donanmanı çox güclü mövqeyə gətirəcəklərini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ildə dəniz təchizat və döyüş dəstək gəmisinin Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyini açıqlayıb.

DIMDEG layihəsi dənizlərdə həyata keçiriləcək əməliyyatlarda milli və beynəlxalq işçi qüvvələrini dəstəkləmək üçün başladılıb. DIMDEG-in əsas vəzifəsi İnzibati və Logistika fəaliyyətləri daxilində Döyüş Xidməti Dəstəyidir. Amfibiya Əməliyyatları və Maddi Nəqliyyat missiyası funksiyası ilə Barışa Dəstək və Təbii Fəlakətlərə Yardım Əməliyyatlarına da qatqı təmin edəcək.

DİMDEG-in dizaynı Türkiyə Dəniz Qüvvələri Komandanlığı tərəfindən tamamlanıb. Gəminin 2023-cü ildə istismara verilməsi planlaşdırılırdı, lakin son rəsmi açıqlama onun 2024-cü ildə təhvil veriləcəyini göstərir.

Gəminin 194 metr uzunluğunda və 22 min ton ağırlığında olcağı bildirilir.

Layihə çərçivəsində ABŞ-da yerləşən “General Electric” şirkəti ilə müqavilə imzalanıb. “General Electric Marine” Sefine Gəmiqayırma Zavodunun inşaat işlərini davam etdirdiyi DIMDEG üçün 2 LM-2500 qaz turbini təmin edir.




Facebook'da Paylaş