Türkiyə hərbi dəniz təlimlərinə başladı

18-09-2021, 20:35

Türkiyə hərbi dəniz təlimlərinə başladı

Türkiyə Silahlı Qüvvələri Egey və Şərqi Aralıq dənizlərində “Qətiyyət-2021” təlimlərinə start verib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Egey və Şərqi Aralıq dənizlərində keçiriləcək “Qətiyyət-2021” təlimləri başladı. Təlimlər çərçivəsində Türkiyənin Quru, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri, eləcə də Sahil Mühafizəsi Komandanlığına aid texnikanın qarşılıqlı fəaliyyətinin, qarşılıqlı dəstək imkanlarının sınaqdan keçirilməsi planlaşdırılır”.




Facebook'da Paylaş