“Qış təlimi-2021” uğurla başa çatdı

13-02-2021, 17:34

“Qış təlimi-2021” uğurla başa çatdı


Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Qış təlimi-2021” uğurla başa çatıb.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirak etdiyi “Qış təlimi-2021” birgə təlimləri başa çatıb. Qarsda keçirilən taktiki təlimlər ötən gün yekunlaşıb. Türkiyə Milli Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, dünən başa çatan təlimin müşahidəçi günü milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Baş qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbalın iştirakı ilə icra olunub.
“Bu il ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələri ilə birgə keçirdiyimiz təlimdə quru və hava elementləri müəyyən olunmuş hədəfləri dəqiqliklə məhv etdi. Yerli və milli silah texnologiyamızın da istifadə olunduğu təlimlərdə əsgərlərimizin bacarıqları göz doldurdu”, - deyə məlumatda bildirilib.




Facebook'da Paylaş