İrandan Azərbaycana qarşı daha bir fitnəkarlıq

4-09-2022, 19:05

İrandan Azərbaycana qarşı daha bir fitnəkarlıq


İrandan Azərbaycana qarşı daha bir fitnəkarlıq:
Türkiyə ilə sərhəd bölgələrdə PKK-çı kürd bayraqları asılıb
İranın hakim molla rejimi türk dövlətləri ilə düşmənçilik siyasətini davam etdirir. Güney Azərbaycandan verilən məlumata görə, Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətinin şəhər və qəsəbələrində, kəndlərdə PKK-çı kürd bayraqları və digər simvolları asılıb.
Məlumata görə, PKK-çı kürd simvolları İran hakimiyyətinin razılığı və İran Kürdüstanı Demokrat Partiyasının (Hizbe Demokrati Kürdüstan) təşkilatçılığı ilə asılıb.

Onu da bildirək ki, şəkillər son 2 gündə çəkilib.
Qeyd edək ki, Kürd Demokrat Partiyası üzdə İran dövlətinə müxalif görünməyə çalışsa da əməldə Azərbaycan və türk dünyasına qarşı İranla işbirliyi içərisindədir. Son hadisə bunu bir daha təsdiq edir.




Facebook'da Paylaş