Siyasi partiyalardan Ali Baş Komandana TƏBRİK MƏKTUBU

8-11-2020, 14:55

Siyasi partiyalardan Ali Baş Komandana TƏBRİK MƏKTUBU

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu təqdim edirik:

“Cənab Ali Baş Komandan!
Zati-alinizin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır. Heç şübhəsiz, bu, Sizin geniş dünyagörüşünüzün, siyasi uzaqgörənliyinizin, diplomatik bacarıqlarınızın, hərbi-strateji dühanızın, iqtisadi islahatlarınızın, xalqımızın Sizə göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümüdür.
Sizin ölkə rəhbəri kimi, sadəcə, iqtisadi, sosial və siyasi sahələrdə deyil, müasir ordu quruculuğu sahəsində də gördüyünüz böyük işlər danılmazdır. Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyünüz işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.
Cari il sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi. Digər rayon və şəhərlərimizin azad edilməsi uğrunda Azərbaycanın şanlı ordusunun hərbi əməliyyatları uğurla davam edir.
Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri Sizin diplomatik bacarığınız, beynəlxalq münasibətləri doğru dəyərləndirməyiniz, məntiqli arqumentləriniz sayəsində qısa zamanda iflasa uğradı.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi, əlbəttə, bizim və Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir.
Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi. Qələbəyə təşnə olan xalqımız Sizin apardığınız böyük qalibiyyət yolu ilə inamla addımladı.
Vətən torpağının hər bir qarışı bizim üçün müqəddəsdir. Ermənistanın işğalından azad olunan bütün torpaqlarımıza qısa zamanda sülh və əmin-amanlıq gələcək.
Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son verdiniz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!
Əlbəttə, hərbi əməliyyatlar hələ də davam edir. Amma Şuşa qələbəsi Böyük Zəfərin ilk müjdəçisidir və Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək.
Bu mübarizədə hər zaman olduğu kimi, Azərbaycan xalqı ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik.
İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik!
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Yaşasın müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!

8 noyabr 2020-ci il

Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
Ana Vətən Partiyası – Fəzail Ağamalı
Böyük Quruluş Partiyası – Fazil Mustafa
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
Vəhdət Partiyası – Tahir Kərimli
Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
Milli Cəbhə Partiyası – Razi Nurullayev
ReAL Partiyası – İlqar Məmmədov
Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn
Ədalət Partiyası – İlyas İsmayılov
Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər
Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan
Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
Böyük Azərbaycan Partiyası – Elşad Musayev
Milli Vəhdət Partiyası – Yunus Oğuz
AĞ Partiya – Tural Abbaslı
Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
Azadlıq Partiyası – Əhməd Orucov
Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
Milli Həmrəylik Partiyası – Əlisahib Hüseynov
Yeni Zaman Partiyası – Musa Ağayev
Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev
Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov
Milli Konqres Partiyası – İxtiyar Şirinov
Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
Birlik Partiyası – Xudadat Xudiyev
Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov
Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
Qorqud Partiyası – Firudin Kərimov
Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev”.




Facebook'da Paylaş