İlham Əliyev general Hikmət Mirzəyevi təbrik etdi

8-11-2020, 14:26

İlham Əliyev general Hikmət Mirzəyevi təbrik etdiİlham Əliyev general Hikmət Mirzəyevi Şuşanın azad olunmasına görə təbrik etdi
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.
Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.
Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin minnətdarlığını bildirib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.




Facebook'da Paylaş