Hikmət Hacıyev: "Düşmən münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"

16-10-2020, 14:42

Hikmət Hacıyev: "Düşmən münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - o vurğulayıb.




Facebook'da Paylaş