Bənzər yazılar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdə hesabında Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun silahlı hücuma məruz qalmasnı pisləyib.
Şöbə müdiri Ukraynanın hadisəyə operativ reaksiyasını dəyərləndirdiklərini də qeyd edib:
“Diplomatik missiyalar hücum hədəfi olmamalıdır. Şübhə erməni terror təşkilatlarının üzərinə düşür, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Biz Ukrayna hakimiyyətinin operativ reaksiyasını qiymətləndiririk.”