Bənzər yazılar
Nikol Paşinyan, kasset raketi hücumu ilə Bərdədəki günahsız dinc sakinləri qorxutmaq istəyirdin? Bərdə qətiyyətli şəkildə əvvəlkindən daha güclü və gözəldir.
Ordum.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Böyük səhvə yol verdin, şəxsi işinə daha bir hərbi cinayət əlavə etdin. İndi cinayətlərini göstərmək üçün Tərtərə gedirik”, - o qeyd edib.