Hikmət Hacıyev: "Azərbaycan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır"

17-12-2021, 20:11

Hikmət Hacıyev: "Azərbaycan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır"

Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib.

Oedum.az xəbər verir ki, tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVID-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVID dövründə siyasi və iqtisadi baxımından daha ədalətli dünya düzəninin qurulmasının zəruri etdiyini vurğulayıb.

Hikmət Hacıyev çıxışında qlobal miqyasda üzləşdiyimiz hədə və təhdidlərin universal regional və beynəlxalq təşkilatların çevikliyinin artırılmasının və yeni reallığa uyğunlaşdırılmasının daha da zəruriliyinin şərtləndirdiyini bildirib.

Hikmət Hacıyev Azərbaycanın Cənubi Qafqaz regionunda 30 ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyaraq yeni reallıq yaratdığını və bu gün Azərbaycanın bölgədə regional əməkdaşlıq, kommunikasiyaların açılması, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə və məramlarına əsaslanan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışdığını qeyd edib.

Hal-hazırda Azərbaycanın qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durduğunu bildirib. Bu xüsusda, ən böyük maneələrdən biri mina təhlükəsi olduğunu və bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid etdiyini vurğulayıb




Facebook'da Paylaş