Hikmət Hacıyev gürcü jurnalistlərlə görüşüb

21-09-2021, 04:43

Hikmət Hacıyev gürcü jurnalistlərlə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, blogerlər və akademiklərlə görüşüb.
Bu barədə Hikmət Hacıyev özünün Tvitterdəki hesabında bildirib.
"Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər",- Hikmət Hacıyev qeyd edib.




Facebook'da Paylaş