Hikmət Hacıyev: Azərbaycanın qələbəsi həm də T cürk dünyasının qələbəsidir

10-04-2021, 15:43

Hikmət Hacıyev: Azərbaycanın qələbəsi həm də T cürk dünyasının qələbəsidir


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə həm də Türk dünyasının qələbəsidir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.
H.Hacıyev bildirib ki, işğaldan azad edilən Şuşa şəhəri daxil olmaqla, digər ərazilərimizdə maddi və mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb: “Hesab edirəm ki, bu həqiqətlərin daha geniş dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə səylərlə çalışmalıyıq”.




Facebook'da Paylaş