Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq

2-12-2021, 11:56

Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq

GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Şurasının 37-ci iclası keçiriləcək.

Ordum.az xəbər verir ki, nazirlər ATƏT Xarici İşlər Nazirləri Şurasının İsveçin paytaxtı Stokholm şəhərində 2-3 dekabr tarixində keçiriləcək 28-ci iclası çərçivəsində bir araya gələcəklər.

Moldova XİN-nin məlumatına əsasən, GUAM XİN başçılarının görüşü bu gün olacaq. Toplantıda təşkilat çərçivəsində əməkdaşlıq dəyərləndiriləcək, növbəti illər üçün təkliflərin müzakirəsi aparılacaq və təşkilata 2022-ci il üçün sədrlik Moldovaya təhvil veriləcək.

Qeyd edək ki, 2021-ci ildə GUAM-a Gürcüstan sədrlik edib.

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.




Facebook'da Paylaş