ABŞ-da polis İŞİD təhlükəsi ilə əlaqədar təhlükəsizliyi gücləndirir

30-10-2021, 08:22

ABŞ-da polis İŞİD təhlükəsi ilə əlaqədar təhlükəsizliyi gücləndirir

ABŞ-ın Virciniya ştatının polisi İŞİD terror qruplaşmasının potensial təhlükəsi səbəbindən paytaxta yaxın ərazilərdə nəzarəti artırıb.
Ordum.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları Vaşinqton ətrafında yerləşən ticarət mərkəzləri üçün potensial təhlükə barədə xəbərdarlıq alıb.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini polisin özü də təsdiqləyib. "Biz bütün dairədə, o cümlədən əsas magistrallarda, tranzit mərkəzlərində və ticarət mərkəzlərində polis əməkdaşlarının sayını artırdıq", - Feyrfaks dairəsinin polis rəisi Kevin Davis deyib.




Facebook'da Paylaş