Pentaqon hipersəs silahlara qarşı raket xəbərdarlıq sistemini əsaslı təmir etməyi planlaşdırır
Rusiya və Çində hipersəs sürətə malik silahların peyda olması səbəbindən Pentaqon raket hücumundan xəbərdarlıq sistemini yenidən qurmağı planlaşdırır.
Ordum.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah Rəisləri sədrinin müavini general Con Hayten məlumat verib.
O qeyd edib ki, hazırkı vəziyyətinə görə sistem yalnız ballistik raketlərin aşkar edilməsinə yönəlib.
“Lakin qlobal ballistik raket təhlükəsi azalır. Hipersəs qanadlı raketlər gələcək üçün təhlükədir. Ona görə də arxitekturamızı dəyişməliyik. Biz hər şeyi görməliyik. Əgər siz hər şeyi görürsünüzsə, hər zaman zəmanətli ikinci zərbə almağa imkan verən xəbərdarlıq arxitekturası vasitəsilə potensial düşmənin qarşısını ala bilərsiniz”, - deyə amerikalı general bildirib.
O, bütün növ raketlərin buraxılması barədə xəbərdarlıq edəcək sistemə ehtiyac olduğunu qeyd edir.
“Biz nəhayət, lazer texnologiyasının inkişafı nöqtəsinə çatdıq, onlar hücumun həyata keçirildiyi raket təhlükələrini zərərsizləşdirmək baxımından həqiqətən faydalı ola bilər”, - deyə general vurğulayıb.
Facebook'da Paylaş