Rusiya Ordusunda yeni silahlar

10-07-2020, 10:18

S-350 “Vityaz” ZRK-lər bu il silahlanmaya veriləcək

S-350 “Vityaz” ZRK-lər bu il silahlanmaya veriləcək

Bu il S-350 “Vityaz” zenit-raket kompleksləri (ZRK) Rusiya Ordusunun silahlanmasına daxil olmağa başlayacaq.
TASS- xəbər verir ki, bunu Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor Sergey Babakov yerli KİV-ə bildirib.
Onun sözlərinə görə, S-350 ZRK mühüm əhəmiyyətli obyektləri – qərargah, müəssisə, inzibati mərkəzləri və s. hava hücumu təhdidlərindən, o cümlədən qanadlı raketlər, taktiki və əməliyyat taktiki ballistik raketlərdən müdafiəsini təmin etmək üçün nəzərdə tutulub.
S-400 və S-300 zenit-raket komplekslərinin bütün imkanlarına sahib olan S-350 ZRK analoqlarından daha yığcam və ucuz olması ilə fərqlənir. 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilən S-350 ZRK aerodinamik hədəfləri, təyyarələri və ya qanadlı raketləri 60 kilometrə qədər məsafədə və 10 metrdən 30 kilometrə qədər hündürlükdə, ballistik raketləri 30 km hündürlükdə məhv edə bilir.
“Vityaz” S-350 zenit-raket kompleksinin heyəti 3 nəfərdir. Bir kompleks 12 raketlə təchiz olunur, bir divizion 8 kompleks ilə silhalandırıla bilir.
 Ordum.az




Facebook'da Paylaş