Rusiya Səudiyyə Ərəbistanına 3 milyardlıq silah sata bilər

5-10-2017, 10:31




Rusiya Səudiyyə Ərəbistanına S-400 “Triumf” zenith-raket komleksi satmağı planlaşdırır.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar prezident Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz əl Saudun görüşündə əldə olunacaq.
 
Görüşdə müqavilənin imzalanması gözlənilməsə də, tərəflər prosedurun icrasını sürətləndirə bilərlər.
Ümuilikdə, Krallıq Rusiyadan 4 milyard dollarlıq silah almağı planlaşdırır.
Səudiyyə kralı tarixdə ilk dəfə Moskvaya səfər edib.
    




Facebook'da Paylaş