Almaniyada 12 polisi döydülər

14-03-2021, 09:42

Almaniyada 12 polisi döydülər


Almaniyanın Drezden şəhərində pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyaları zamanı azı 12 asyiş keşikçisi xəsarət alıb.
“Die Zeit” qəzeti xəbər verir ki, icazəsiz aksiyalarda 47 qanun pozuntusu qeydə alınıb.
Yerli polisin məlumatına görə, etirazçılar polisə müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyinə görə azı 3 nümayişçi saxlanılıb.
Nümayişçilər bütün qadağaların qaldırılmasını tələb ediblər.
Qeyd edək ki, Almaniyada pandemiya müddətində 2,5 milyondan çox koronavirusa yoluxma qeydə alınıb.




Facebook'da Paylaş