ABŞ Prezidenti Donald Trampın prezident seçkilərində qeyri-rəsmi nəticələrə görə məğlub olduqdan sonra Trampı dəstəkləyən qruplar bəzi əyalətlərdə seçki nəticələrinə etiraz etdiblər.
Ordum.az Publika.az-a istinad edərək xəbər verir ki, silahlı qruplar Corciyadan Arizonaya, Texasdan Pensilvaniyaya, Oreqondan Miçiqana qədər bir çox əyalətin konqres binaları önünə toplaşaraq, "iş bitmədi", "oğurluğu dayandırın" şüarları səsləndirərək seçkinin qeyri-rəsmi nəticələrini protesto ediblər.
Corciya ştatının Atlanta şəhərində bir araya gələn qruplar Baydenin həbsini və Trampın seçki nəticələrini rədd etməsini tələb edən qarşı şüarlar səsləndiriblər. Bayden tərəfdarları da Atlanta Konqresinin qarşısına toplaşıb və polis hər iki qrupu bir-birindən ayırmaqda çətinlik çəkib.
Seçki nəticələrini etiraz etmək üçün Pensilvaniya ştatındakı Harrisburq şəhərində də minlərlə insan toplanıb. Nümayişçilər səslərin sayılmasını dayandırmağı, qanun pozuntularını aşkarlamaq istədiklərini tələb ediblər. Nümayişçilərin sırasına silahlı bir qrup da qatılıb.
Arizona, Austin, Texasdakı böyük qruplar, həmçinin digər şatatlarda da nümayişçilər seçki nəticələrini protesto ediblər.