Türkmənistan vətəndaşları Bakıda səs verirlər

25-03-2018, 19:14



 Türkmənistan vətəndaşları Bakıdakı seçki məntəqəsində Məclis deputatlarının, Xalq Məşvərəti və Qenqeş üzvlərinin seçkilərində fəal şəkildə səs verirlər.

Martın 25-də Türkmənistanın Azərbaycanda müvəqqəti və daimi yaşayan vətəndaşlarının səsverməsinin keçirilməsi üçün bu ölkənin Bakıdakı səfirliyində 1 nömrəli seçki məntəqəsi açılıb.

Səsvermə Bakı vaxtı ilə saat 07:00-da başlanıb və 19:00-dək davam edəcək. Saat 11:00-dək olan vəziyyətə görə, seçicilərin 60 faizindən çoxu seçkilərdə iştirak edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, vətəndaşların səsvermə hüququndan sərbəst istifadə etmələri üçün məntəqədə hər cür şərait yaradılıb.




Facebook'da Paylaş