Rus kəşfiyyatı əməliyyat keçirdi

6-09-2021, 19:38

Rus kəşfiyyatı əməliyyat keçirdi

İŞİD Şimali Qafqazda üzə çıxdı – Rus kəşfiyyatı əməliyyat keçirdi.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) İnquşetiyada polis əməkdaşlarına hücum hazırlayan 4 İŞİD terrorçusunu saxlayıb.
Bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İŞİD üzvlərinin internetdəki danışıqları ifşa olunub. Məlum olub ki, təşkilat üzvləri əldəqayırma partlayıcı qurğular və digər silahlardan istifadə edərək terror aktına hazırlaşıblar.
Saxlanılan şəxslərin yaşadıqları yerlərdən odlu və soyuq silahlar, əldəqayırma partlayıcı və yandırıcı qurğular, habelə onların istehsalı üçün komponentlər və alətlər götürülüb. Əlavə olaraq, İŞİD üzvlərinin terror aktı niyyətlərini təsdiq edən yazışmalar tapılıb.




Facebook'da Paylaş