Əfqanıstanda terror aktı törətmək istəyən 5 İŞİD silahlısı tutulub

8-10-2021, 19:52

Əfqanıstanda terror aktı törətmək istəyən 5 İŞİD silahlısı tutulub

Əfqanıstanda Xost əyalətində İŞİD-in 5 döyüşçüsü hücum hazırladıqları üçün saxlanılıb.

Ordum.az xəbər verir ki, bu barədə əyalət valisi Məhəmməd Nabi Öməri öz tviter səhifəsində məlumat verib.

Qeyd edək ki, sentyabrın 29-da Əfqanıstanın cənub-şərqindəki Xost əyalətindəki bir məsciddə partlayış baş verib, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb.




Facebook'da Paylaş