Fərid Şəfiyev: “Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hazırıq

18-01-2022, 13:34

Fərid Şəfiyev: “Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hazırıq


“Cənubi Qafqazın üç müstəqil ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın ərazi bütövlüyü bölgədə sülhün gələcəyidir”.

Ordum.az xəbər verir ki, bunu Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, II Dünya müharibəsindən sonra Avropa təcrübəsinə nəzər salınsa, ərazi bütövlüyü məsələsinin Avropa təhlükəsizliyinin fundamenti olduğunu görərik: “Digər önəmli məqam azlıqların müdafiəsindən ibarətdir. Burada biz Qarabağda yaşayan erməniləri nəzərdə tuturuq. Biz onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə düşünürük və buna hazırıq”.

F.Şəfiyev qeyd edib ki, Azərbaycan həmçinin Ermənistanda yaşayan azərbaycanlıların məsələsini də qaldırmaq istəyir: “Əgər ermənilər Azərbaycanda yaşayırlarsa, inanırıq ki, azərbaycanlılar da vaxtilə olduğu kimi, Ermənistanda yaşaya biləcəklər. Bütövlükdə, regionda gələcək sülh Cənubi Qafqazda vaxtilə mövcud olmuş etnik mozaykanın bərpasından keçir”.




Facebook'da Paylaş