Sülh açıqlaması və 3 əsas istiqamət...

13-08-2021, 15:02

Sülh açıqlaması və 3 əsas istiqamət...


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan rəhbərinin sülh danışıqları barədə fikirlərini şərh edərkən bildirib ki, Paşinyanın çıxışı pafosdan ibarətdir:
“Paşinyan bu dəfə də boş-boş danışıb. Onun dediyi “sülhə hazırıq” ifadəsi yalandır. “Mən sülhə hazıram” demək mənasızdır. Paşinyan eyni taktikanı irəli sürür. Hakimiyyətə gələndə “mən sülh üzərində işləyəcəyəm” deyirdi. Amma hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır” bəyanatını verdi. Ermənistan tərəfindən tutarlı addım atılmalıdır. Ondan sonra sülh barədə danışa bilərlər”.
Fərid Şəfiyev hesab edir ki, sülh danışıqları üç istiqamətdən ibarətdir:
“Birincisi 10 noyabr bəyanatının icrasıdır. Biz görürük ki, Ermənistan tərəfi indi də bəyanatın şərtlərini kobud şəkildə pozur. Rusiya sülhməramlı qüvvələri tərəfindən nəzarət edilən ərazilərimizə Ermənistandan Laçın dəhlizi üzərindən silah və hərbçilər daşınır.
İkinci məqam Moskvada əldə olunan üçtərəfli 11 yanvar razılığıdır. Ermənistan faktiki olaraq bu razılıqdan da imtina edir, çünki orada kommunikasiya xətlərinin və Zəngilan dəhlizinin açılması qeyd olunmuşdu. Bu istiqamətdə də irəliləyiş yoxdur.
Üçüncü istiqamət sərhədin demarkasiya və delimitasiya məsələsidir. Burada da heç bir yenilik yoxdur. Bir sözlə, mənim müşahidələrim neqativdir”.




Facebook'da Paylaş