Professor Jak Soppelsa: "Ermənistanda yaşayan ermənilər Fransadakı erməni diasporu qədər aqressiv deyillər"

12-08-2018, 14:01


Paris Sorbon Universitetinin fəxri prezidenti və geosiyasət üzrə professoru Jak Soppelsa: Mən 2015-ci ildə Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovla birgə "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitab yazmışam. Kitabın nəşri Fransada erməni diasporunun kəskin etirazlarına və ədavətinə səbəb oldu. Onlar bu kitaba görə mənə qarşı çox aqressiv mövqe tutdular. Halbuki bizim kitabımız Fransa ictimaiyyəti tərəfindən, habelə ali təhsil müəssisələrində çox müsbət qarşılandı. Fikrimcə, Ermənistanda yaşayan ermənilər Fransadakı erməni diasporu qədər aqressiv deyillər. Fransada yaşayan erməni mənşəli son nəslin nümayəndələri heç vaxt Dağlıq Qarabağda və Ermənistanda yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv aparırlar. Biz kitabın təqdimatını Paris şəhərinin 5-ci meriyasında təşkil etdik. Bu zaman tədbirdə iştirak edən erməni diasporunun nümayəndələri tərəfindən özümüzə qarşı son dərəcə aqressiv münasibətlə qarşılaşdıq. Bütün bunlar isə Fransada erməni diasporunun apardığı təbliğatın nəticəsidir. Hesab edirəm ki, buna bir problem kimi yanaşılmalı və həlli üçün çalışılmalıdır.




Facebook'da Paylaş