Fərid Şəfiyev: "Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir"

4-10-2021, 10:44

Fərid Şəfiyev: "Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir"

“Qars müqaviləsi hələ də qüvvədə olan bir sənəddir. Sənədin çox böyük əhəmiyyəti var”.
Ordum.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfransda çıxışı zamanı deyib.

Daha sonra 10 noyabr Bəyanatından söz açan F.Şəfiyev bildirib ki, Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir: “Bir il hələ keçməyib, 10 noyabr Bəyanatının 9-cu bəndində yer alan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni başqa istiqamətə yozmaq istəyirlər. Buradan da görünür ki, onlar üçün öhdəlik deyilən bir anlayış yoxdur”.




Facebook'da Paylaş