TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizi ilə bağlı məsələ qaldırılıb

28-09-2021, 15:13

TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizi ilə bağlı məsələ qaldırılıb

"Ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfər Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyaraq, regionda yeni geosiyasi reallıq yaradıb".

Ordum.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün TÜRKPA-nın Qazaxıstanın Türkürstan şəhərində keçirilən 10-cu plenar iclasında Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu böyük qələbənin önəmli nəticələrindən biri də türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası üçün tarixi bir imkan yaranmasıdır: "İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji - nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq"




Facebook'da Paylaş