Rusiyalı ekspert: “Ermənistan üçtərəfli bəyanatı imzalamağa məcbur oldu
"Azərbaycan işğalçıları öz torpağından qovdu və dərhal azad edilmiş ərazilərdə infrastrukturun bərpasına başladı".
Bunu beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər İttifaqının üzvü Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, döyüş meydanında ağır məğlubiyyətə məruz qalmış Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalamağa məcbur oldu: “Ermənistan rəsmi Bakının qətiyyətini anlayaraq, bəyanatı Rusiyanın zəmanəti ilə, tam məhv olmaq qorxusu altında imzaladı. Qorxu arxada qalandan sonra isə bəyanatın müddəalarının yaratdığı öhdəliklərin icrasından tamamilə imtina etməyə başladı”.
Y.Mixaylov rəsmi İrəvanın arxada qalan il ərzində mütəmadi olaraq rəsmi Bakını təxribata çəkdiyini, bununla da regionda sülhün bərqərar olması istiqamətində rəsmi Moskvanın bütün səylərini təhlükə altına qoyduğunu xatırladıb: “Rusiyanın qarşısında çətin vəzifə durur. O, rəsmi İrəvan və Bakı arasında vasitəçilik rolunu öz üzərinə götürüb. Tərəflərdən biri sərhədlərin delimitasiya və demarkasiyasından sonra sülh müqaviləsini imzalamağa tam hazır olduğu halda, digər tərəf gülüb-yaltaqlanaraq digər qarant tapmağa çalışırsa, bu halda sülh müqaviləsinin imzalamağa məcbur etmək üçün daha sərt tədbirlər görülməlidir”.
Ekspert belə davam edəcəyi təqdirdə yaxın zamanda sərt tədbirlərin baş verəcəyini qeyd edib.
Politoloq İrəvandakı siyasi vəziyyətin yüksək turbulentliyə malik olduğunu söyləyib: “Ermənistanın Baş naziri Paşinyan hər halda 2020-ci ilin noyabr bəyanatının bütün müddəalarını yerinə yetirməyə çalışır, ölkə prezidenti Sarkisyan isə əhalinin bir hissəsi arasında anti-Rusiya və sülhü qəbul etməmə əhval-ruhiyyəsi təşkil edir”.
Y.Mixaylov Baş nazir Paşinyan və tərəfdarlarının ölkəni hər halda Azərbaycan ilə dinc yaşayışa gətirib çıxaracağına ümidvar olduğunu bildirib
Facebook'da Paylaş