Bakı və İrəvan arasında sülh müqaviləsi...

10-09-2021, 06:53

Bakı və İrəvan arasında sülh müqaviləsi...

Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasında ciddi pozuntular yoxdur. Bu, həm Bakıda, həm də İrəvanda təsdiqlənir.
Rəsmi İrəvanın son açıqlamalarına münasibət bildirən Zaxarova qeyd edib ki, Rusiya tərəfi Azərbaycanla Ermənistanda sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələri yaxından izləyir:
"Siyasi mövzularda əsas fikir ayrılıqları, təəssüf ki, davam edir, buna görə də bu mərhələdə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının ən yüksək səviyyədə yerinə yetirilməsini prioritet hesab edirik. Humanitar məsələlər, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər bu kimi addımlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və son siyasi həllinə nail olmaq üçün şərait yaratmağa kömək edəcək".




Facebook'da Paylaş