Rəsmi İrəvan üçün ən yaxşı yol

9-11-2020, 16:47

Rəsmi İrəvan üçün ən yaxşı yol
Qədim Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan üçün mühüm hərbi-siyasi və mənəvi-psixoloji əhəmiyyət kəsb edir.

Bunu Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” təşkilatının Ekspert Şurasının üzvü Aleksandr Perenciyev söyləyib.
Onun sözlərinə görə, rəsmi Bakının bu məsələdə işğal olunmuş ərazilərini geri qaytarmaq üçün son illər ərzində ümid bəslədiyi vasitəçilərə, beynəlxalq təşkilatlara və s. ehtiyacı daha yoxdur.
“Azərbaycanın özü, müstəqil şəkildə öz ərazilərini azad edə bilər və edir. Rəsmi Bakı heç kimdən kömək istəmir, çünki indi Azərbaycan üçün ən yaxşı kömək - onun azadlıq mübarizəsinə müdaxilə etməməkdir”, - deyə o qeyd edib.
Şuşanın işğaldan azad edilməsinin mənəvi və psixoloji önəmindən danışan Perenciyev bunun Azərbaycan xalqının milli ruhunun daha da yüksəlməsindən ibarət olduğunu vurğulayıb.
Rusiyalı mütəxəssis hesab edir ki, rəsmi İrəvan üçün ən yaxşı yol ilk növbədə hərbçiləri arasında yeni itkilərin qarşısını almaq üçün Prezident İlham Əliyevin tələbini yerinə yetirmək olardı:




Facebook'da Paylaş