Rusiyadan delimitasiya ÇAĞIRIŞI

20-08-2021, 08:36

Rusiyadan delimitasiya ÇAĞIRIŞI

“Uzunmüddətli həll yolu Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlara başlamaqdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
XİN rəsmisi avqustun 19-da keçirdiyi brifinqdə bildirib: “Hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz lazımi yardımı etməyə hazırıq”.
Bundan əlavə, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin təmsil olunduğu üçtərəfli işçi qrupun fəaliyyətinin bərpasına toxunan Zaxarova qeyd edib ki, tərəflər Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirəsinə qayıtmağı bacarıblar.
"Bu, bölgənin əhəmiyyətli iqtisadi potensialının açılmasını asanlaşdırmaq məqsədi daşıyır", - Zaxarova jurnalistlərin sualına cavab verib.




Facebook'da Paylaş